1 May 2023 10:17
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və hər bir tərəfin hazırlığı bundan xəbər verir. Rusiya Ukraynanın əks-hücumuna hazır deyil.

Teleqraf.com xəbər verir ki, CNN Ukrayna cəbhəsində fəallığın və Rusiyanın işğal edilmiş ərazilərdəki mövqelərinə zərbələrin artdığını bildirir.

Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib ki, hazırlıq başa çatmaq üzrədir. Prezident Vladimir Zelenski də əmin edib ki, əks-hücum baş verəcək, amma dəqiq tarix verməyib.

CNN ehtimal edir ki, bəlkə də artıq əks-hücum başlayıb. Bundan əvvəl Xarkov və Xersonu azad edən Ukrayna ordusunun növbəti hədəfinin Zaporoje vilayəti olduğu, Rusiya qüvvələrinin artıq bu istiqamətdə hazırlıq gördüyü deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər