Böyük Britaniyanın “Typhoon” qırıcıları Rusiya Aerokosmik Qüvvələrinin Tu-142 sualtı qayıq əleyhinə təyyarəsini təqib etmək üçün havaya qaldırılıb. Təyyarə Norveç dənizi üzərində beynəlxalq hava məkanında təqib edilib.
Teleqraf.com xəbər verir ki, aprelin 30-da baş verən insidentlə bağlı Britaniya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Rusiya təyyarəsini izləmək üçün NATO-nun cavab tədbirləri çərçivəsində Norveçə məxsus F-35A qırıcısı da havaya qaldırılmışdı”, - deyə mətbuat xidməti əlavə edib.