5 May 2023 12:30
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ arasında münasibətlər açıq silahlı toqquşmanın astanasındadır, amma Moskva bunun baş verməməsi üçün çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Çalışırıq ki, ABŞ-la münasibətlər açıq silahlı münaqişənin uçurumuna düşməsin, amma artıq o uçurumun kənarındayıq”, - Rusiya rəsmisi bildirib.

Ryabkovun sözlərinə görə, Moskva bütün vasitələrdən istifadə etməyə hazırdır ki, heç kimin ölkənin təhlükəsizliyinə və onun rəhbərliyinə müdaxiləsinə icazə verilməsin.

Rusiya rəsmisi onu da əlavə edib ki, Moskva ilə Vaşinqton arasında təmaslar lazım gəldikdə, yüksək səviyyədə həyata keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər