Rusiya qoşunları əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib. Son sutka ərzində cəbhənin bu hissəsində 36 toqquşma baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Donetsk vilayətinin Baxmut və Marin şəhərləri hərbi əməliyyatların episentri olaraq qalır.
Ruslar son sutka ərzində Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdiriblər. Hazırda şəhər uğrunda şiddətli döyüşlər gedir. Həmçinin Rusiya ordusu ötən gün Baxmut, Xerson və Odessaya 15 raket zərbəsi endirib. Baxmut da aviasiya zərbələrinə məruz qalıb.
Dünən Ukrayna ordusunun “Şərq” qrupunun sözçüsü Sergey Çerevatı hərbi qüvvələrin Baxmutda müxtəlif istiqamətlərdə daha 500 metr irəliləməsi haqda məlumat yayıb. Eləcə də rusların bəzi şəhərətrafı qəsəbələri boşaltdıqlarını deyib. Təşəbbüsü itirməyə başlayan Rusiyanın buna cavab olaraq Baxmut istiqamətinə yeni qruplar göndərməyə başlayıb.