Rusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlamasından sonra Ukrayna limanlarında ilişib qalmış 6 Türkiyə gəmisinin limanlardan çıxmaq icazəsi barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“Lavrov dünən zəng edərək, altı gəminin Ukraynadan çıxmasına icazə verildiyini bildirib”, - nazir qeyd edib.
Eyni zamanda, Çavuşoğlu taxılla bağlı İstanbul razılaşmalarının uzadılmasını Türkiyənin Ukraynada nizamlanmaya nail olmaq səyləri çərçivəsində “mühüm hadisə” adlandırıb.
“Ukraynadakı münaqişəyə son qoymaq üçün səylərimizi davam etdirəcəyik”, - türkiyəli nazir bildirib.