İtaliyanın Baş naziri Ciorcia Meloni Yaponiyanın Xirosima şəhərində keçirilən “Böyük Yeddilər” (G7) sammitini yarımçıq tərk edib.
Teleqraf.com xəbər verir ki, Meloni İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda baş vermiş sel və daşqınlar səbəbindən bu qərarı verdiyini bildirib.
“Vicdanım geri qayıtmağımı tələb edir. Mən daha uzaq qala bilmərəm”, - deyə o qeyd edib.
C.Meloni mayın 23-nə Nazirlər Şurasının iclasını təyin edib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində 36 min insan evini tərk etmək məcburiyyətində qalıb, 500-dək yol bağlanıb, 305 torpaq sürüşməsi qeydə alınıb, həlak olanların sayı 14-ə çatıb.