21 May 2023 11:27
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə görüşdən əvvəl etiraf edib ki, Ukrayna Silahlı Qüvvələri artıq Baxmuta (Artemovsk) nəzarət etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Agentliyin məlumatına görə, jurnalistlər Zelenskiyə Ukraynanın Baxmuta nəzarət edib-etmədiyini soruşduqda onun cavabı belə olub:

“Düşünürəm ki, yox... bu gün o, yalnız bizim qəlbimizdə qalır”, - deyə Zelenski izah edib.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Artemovskın Rusiya qoşunlarının nəzarətinə keçdiyini təsdiqləyib. Şöbə qeyd edib ki, şəhər Vaqner PMC-nin hücum dəstələri və Cənub Hərbi Dairəsinin artilleriya və aviasiyasının dəstəyi sayəsində alınıb.


Müəllif: Pərvin Cəfərova