5 Yanvar 2015 17:24
4 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Mançester şəhərində polis seks skandalına görə işdən çıxarılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda Darren Bromli adlı polisin vəzifə başında olarkən kafelərdən birinə gəldiyi və oradakı 3 fahişə ilə cinsi əlaqədə olduğu bildiriliк. Bu barədə polis idarəsinə kafenin işçisi məlumat verib.

Bromli şikayətdən dərhal sonra işindən azad olunub. O, fevral ayınadək ev dustaqlığı şəraitində saxlanılacaq. Hazırda ona vəzifəsində sui-istifadə etmə ittihamı irəli sürülüb.

Polis rəsmisi Nika Edderlinin sözlərinə görə, fahişələr ölkədə zəif sosial kateqoriya hesab edilir və onlara qarşı törədilən polis özbaşınalığına qarşı sərt tədbirlər görülür.

Qeyd edək ki, bu, Mançesterdə ilk belə hal deyil. Oxşar hadisə avqust ayında da baş verib. Həmin vaxt polis əməkdaşı olan Kevin Dvayer ictimai yerdə nalayiq hərəkətlərə yol verməkdə ittiham olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər