24 May 2023 15:53
3 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qərb ölkələri Çinlə müharibədən qaçmaq istəyirlərsə, Ukraynanın qələbəsini təmin etməlidirlər”.

Teleqraf.com xəbər verir ki, ABŞ ordusunun generalı Ben Hodces deyib.

Onun sözlərinə görə, Qərb liderləri Ukraynanın müharibədə qalib gələcəyini açıqca bildirməlidir:

“Bundan başqa, Ukraynaya lazımi qədər silah göndərilməlidir. Co Bayden, Rişi Sunak , Olaf Şolz “Biz Ukraynanın qalib gəlməsini istəyirik” deməlidir. Bunu etsələr, müharibə ilin sonuna qədər bitə bilər”.

Hodces hesab edir ki, Qərb bunu etməsə, Çin yeni müharibəyə başlayacaq: “Bunu etməsək, çinlilərin Tayvan və ya Cənubi Çin dənizindən danışmağımızdan çəkinəcəklərini düşünmürəm və bu, daha çətin müharibə olacaq”.

General vurğulayıb ki, Ukrayna mütləq Krım yarımadasını geri almalıdır:

“Krım Rusiyada qalsa, yenidən geri qayıtması cəmi bir neçə il çəkəcək. Xəritəyə baxsanız, görərsiniz ki, Krım Ukraynanın sinəsində xəncər kimidir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər