Papa Fransisk mayın 26-na planlaşdırılan bütün görüşlərini ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın tviter hesabında məlumat verilib.
"Qrip xəstəliyinə görə Papa Fransisk bu gün ziyarətçiləri qəbul etməyib", - deyə Müqəddəs Taxt-Tacdan bildirib.
Qeyd edək ki, martın 29-da Papa Romadakı Aqostino Gemelli xəstəxanasına aparılıb. Onun səhhətinin pisləşməsinə səbəb kimi soyuqdəymə göstərilib.