6 Yanvar 2015 01:34
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəsmilərinin neftin sürətlə ucuzlaşmasına son reaksiyası geniş müzakirələrə səbəb olub. Ağ Ev təmsilçiləri açıq şəkildə etiraf ediblər ki, hadisələrin belə gedişatı bilavasitə onların marağındadır.

Belə ki, neftin qiymətinin dünya bazarında düşməsi rəsmi Vaşinqton üçün yetərincə əlverişlidir: “Çünki bu, ölkəiqtisadiyyatına müsbət təsir göstərməkdə davam edir”. Teleqraf.com-un məlumatına görə, bu barədə “Reuters” Ağ Ev rəsmisinə Coş Ernestə istinadən informasiya yayıb.

“Qara qızıl”ın ucuzlaşması ilə bağlı ABŞ-da benzinin qiyməti bir qallon üçün 2 dollar aşağı düşüb. Bununla yanaşı, ölkədə avtomobil satışı xeyli dərəcədə yüksləib.

Maraqlıdır ki, bir qədər əvvəl Amerikanın Federal Ehtiyat Fondu neftin qiymətinin enməsinin ölkə iqtisadiyyatı üçün sərfəli olduğunu bəyan etmişdi.


Müəllif:

Oxşar xəbərlər