Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı İsveçin Şimali Atlantika Alyansına qoşulması prosesi və taxıl müqaviləsi müzakirə edilib.
Blinken Çavuşoğlunu yenidən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçilməsi münasibətilə təbrik edib, həmçinin onunla Ankara və Vaşinqton arasında strateji mexanizmin gələcək görüşünə hazırlıq, müdafiə sahəsində əməkdaşlıq, Nyu-Yorkda Türk Evinə hücumu müzakirə edib. O həmçinin İsveçin NATO-ya qoşulması prosesi və İstanbul Taxıl Müqaviləsini də vurğulayıb.