31 May 2023 12:42
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan hakimiyyəti Rusiya ilə yaxınlaşmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Georgi Vaşadze deyib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyi Rusiya ilə Avroatlantika kursuna sadiq əhalidən gizli şəkildə yaxınlaşır.

“İndiki hakimiyyət Rusiya ilə yaxınlaşmaq istəyir. Amma əhali buna qarşı və Avroatlantika kursuna sadiq olduğundan gizli şəkildə bunu edirlər”, - Vaşadze bildirib.

Deputat hesab edir ki, Gürcüstan bu səbəbdən təhlükə qarşısında tək qalacaq. O, Ermənistan, Qırğızıstan və digər ölkələrin belə Moskva ilə əlaqələrinin soyuduğunu söyləyib.

Rusiya Prezidenti Vladimir Putin Gürcüstanla viza rejimini ləğv edib. İki ölkə arasında 4 illik fasilədən sonra hava əlaqəsi də bərpa olunub. Gəlişmə ABŞ və Avropa Birliyinin etirazı ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər