31 May 2023 17:00
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının siyasi qanadı HDP-nin həbsdə olan keçmiş həmsədri Səlahəddin Dəmirtaş aktiv siyasətdən getdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun Tvitter səhifəsində məlumat paylaşılıb.

“Xalqımıza layiq bir siyasət ortaya qoya bilmədiyimə görə öz adımdan səmimi qəlbdən üzr istəyirəm. Söz verirəm ki, bu nöqsanları öz əməli səylərimlə düzəldəcəm. Həmçinin mənə qarşı konstruktiv tənqidə görə təşəkkür edirəm.

Tənqidlərdən yararlanmağa çalışacam. Bütün həbsxana yoldaşlarım kimi müqavimətlə mübarizəni davam etdirərkən, bu mərhələdə aktiv siyasətdən ayrılıram”, - Dəmirtaş bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər