2 İyun 2023 16:10
7 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən etibarən ABŞ strateji silahlarının statusu və yeri ilə bağlı məlumatların Rusiyaya ötürülməsini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

Departament qeyd edir ki, ölkələr Strateji Silahların Azaldılması Müqaviləsi (START) çərçivəsində bu cür məlumat mübadiləsi aparıblar, amma Moskva bununla bağlı öhdəliklərini dayandırıb.

Həmçinin bildirilir ki, Vaşinqton Moskvaya qitələrarası və sualtı gəmilər üçün nəzərdə tutulmuş ballistik raketlərin buraxılışlarının sayı barədə məlumat verməyəcək, amma belə buraxılışlar barədə Rusiyanı məlumatlandırmaqda davam edəcək.

Bundan başqa, ABŞ Rusiyaya START çərçivəsində Amerika ərazisində yeni yoxlamalar aparmağa icazə verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər