Bu axşam Türkiyə hökumətin yeni kabineti açıqlanacaq. Türkiyə səsvermənin başa çatması ilə yeni yola başlayıb, Türkiyə Yüz İli başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində bildirib.
Rəcəb Tayyib Ərdoğan deyib ki, bu axşam hökumətin yeni kabinetini açıqlayacaq: “Gələn həftənin ikinci günü yeni hökumətin iclası keçiriləcək”.