İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.
Teleqraf.cim xəbər verir ki, İsveç Ali Məhkəməsi PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib.
Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.