Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinə müvafiq qurğuların hazırlanması başa çatdıqdan dərhal sonra başlanacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Vladimir Putin həmkarı Aleksandr Lukaşenko ilə görüşdə bildirib.
“İyulun 7-8-də müvafiq obyektlərin hazırlığı tamamlanır və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq”, - Rusiya lideri bildirib.
Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Rusiya Belarus ərazisində qeyri-strateji nüvə silahlarını yerləşdirməklə onu qonşu ölkəyə vermir və ona nəzarəti özündə saxlayır, onun istifadəsi ilə bağlı qərar qəbul edir.