10 İyun 2023 19:39
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börnsin iyunun 1-də Türkiyədən cəmi 40 kilometr aralıda yerləşən Aleksandropoliyə gizli səfərinin bəzi detalları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Türk Dənizçilik və Qlobal Strategiyalar Mərkəzi (TÜRKDEGS) araşdırmaçısı Şafak Yıldırım mövzu ilə bağlı əhəmiyyətli məlumatlar verib.

O bildirib ki, Uilyam Börnsin Dədəağac səfərindən yunan kəşfiyyatı və polisinin belə xəbəri olmayıb: “Alexandropoli Yunanıstanın Türkiyəyə ən yaxın böyük limanlarından biridir. Bu liman quru və dəniz ticarəti üçün mühüm tranzit nöqtəsi olduğundan həm ABŞ, həm də Yunanıstan üçün xüsusi əhəmiyyət kəsb edən məntəqədir. Aleksandropolinin Türkiyə ilə sərhədə yaxınlığı hərbi əməliyyatlar və sərhədə yaxın bölgələrə nəzarət baxımından strateji üstünlüyü təmin edir”.

Tədqiqatçı iddia edir ki, ABŞ Aleksandropoli üçün silah və kəşfiyyat dəstəsi yığır:

“ABŞ-ın Aleksandropoliyə göndərdiyi silahlar arasında “M1A2 Abrams” tankları, “M117” zirehli maşınları, “M2A2 Bradley” zirehli döyüş maşınları, “Black Hawks” helikopterləri, “Apache” tipli hücum helikopterləri, “Chinook” ağır nəqliyyat helikopterləri və müxtəlif sursatlar var.

ABŞ-ın yığdığı silah-sursat hərbi qrantlardan əldə edilib və qeyri-hərbi statusunda qalmalı olan adalara göndərilib. Lozanna Sülh Müqaviləsinə əsasən, Yunanıstan ona təhvil verilən 23 adanın hamısını qeyri-hərbi statusda qalmaq şərti ilə hərbiləşdirib. Yunanıstan “Hərbləşdirilməyən statusu olan ada” (GASA) mövqeyində olan Meis, Midilli və Samos adalarında hərbi güc yığır. Əldə edilən görüntülərə görə, Yunanıstan ABŞ-ın hədiyyə etdiyi və Aleksandropoliyə göndərilən hücum silahlarını yerləşdirib”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər