“Prezident Rəcəb Tayyib Ərdoğanın prezident seçildikdən sonra xaricə ilk rəsmi səfərini Kuzey Kıbrıs Türk Cümhuriyyətinə etməsi ana vətənlə dövlətimiz arasında bənzərsiz əlaqələrin əhəmiyyətini təsdiqləyir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Təhsin Ərtoğruloğlu deyib.
Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri zamanı ikitərəfli əlaqələrlə bağlı bütün sahələrdə atılacaq addımlar barədə fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, Ərdoğan Prezident seçildikdən sonra ilk səfərini iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana edəcək.