Qəzaya uğramış Malaziyaya məxsus AirAisa təyyarəsinin quyruq hissəsi tapılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə İndoneziya Axtarış-Xilasetmə Agentliyinin rəhbəri Fransiskus Bambang Soelistyo açıqlama verib.
Onun sözlərinə görə, dalğıclar təyyarənin quyruğunun yerini müəyyən ediblər: “Təyyarənin quyruğunu tapdıq. Bu, bizim ən böyük hədəfimiz idi. Təyyarənin qara qutusu quyruq hissəsində yerləşir”.
Qeyd edək ki, dekabrın 28-də İndoneziyadan Sinqapura uçarkən Yava Dənizində qəzaya uğrayan təyyarədə 17-si uşaq, 7-i ekipaj üzvü olmaqla 161 sərnişin olub. Axtarış nəticəsində bu günə qədər 40 nəfərin cəsədi aşkar edilib.
Samir