13 İyun 2023 14:32
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hakimiyyəti Kaxovka su elektrik stansiyasının dağıdılması nəticəsində dəymiş ziyanı 1,5 milyard avro qiymətləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Xerson vilayəti administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, qiymətləndirmə Ukrayna Ali Radasının Ekoloji Siyasət Komitəsinin iclasından sonra verilib.

“Rusiyanın Kaxovka su elektrik stansiyasını zədələməsi nəticəsində ətraf mühitə dəymiş zərərin təxmini məbləği artıq 1,5 milyard avrodan çoxdur”, - deyə siyasətçi bildirib.

Prokudin təxminən 55 min hektar meşənin su altında qaldığını izah etdi. Onun sözlərinə görə, bu sudan dünya əhalisi iki günlük istifadə edə bilərdi, amma hazırda o yararsızdır.

O əlavə edib ki, hadisə nəticəsində ikisi uşaq olmaqla 35 nəfər itkin düşüb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər