14 İyun 2023 00:09
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya hökuməti hava hücumundan müdafiə sahəsində Ukraynaya yeni hərbi yardımın ötürüldüyünü açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Ekspedisiya Qüvvələrinin müdafiə nazirlərinin görüşündə bildirilib.

Britaniya Ukrayna üçün beynəlxalq fond vasitəsilə yaxın aylarda 92 milyon funt-sterlinq (115 milyon ABŞ dollarından çox) dəyərində silahların alınacağına aydınlıq gətirib.

Britaniya rəsmiləri qeyd edir ki, Ukraynanın alacağı silahlar cəbhə xəttində mühüm milli infrastrukturu, mülki insanları və şəxsi heyəti qorumaq imkanlarını artıracaq.

Qeyd edək ki, Birləşmiş Ekspedisiya Qüvvələrinə Böyük Britaniya, İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Niderland, Litva, Latviya, Estoniya daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər