22 İyun 2023 14:23
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Belarusdan nəşriyyat məhsullarının idxalının qadağan olunmasına dair qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə teleqram kanalında bildirib.

Onun sözlərinə görə, Rusiya, Belarus, Ukraynanın müvəqqəti işğal olunmuş ərazisindən nəşriyyat məhsullarının idxalına və yayılmasına məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı ölkəsinin bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında qanun imzalayıb: “Qanunu düzgün hesab edirəm”.

V.Zelenski deyib ki, azlıqların, xüsusən də linqvistik hüquqların müdafiəsi baxımından öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə biləcəyinin əlavə qiymətləndirilməsi üçün qanunun mətni Avropa İttifaqının uyğun institutlarına göndərilib.

Məlumata görə, 2022-ci il iyunun 19-da Ali Rada uyğun qanunu qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər