Rusiya xüsusi xidmət orqanlarının hazırda “Vaqner” lideri Yevgeni Priqojin və onun muzdlularının silahlı qiyamını yatırmaq üçün konkret planı yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xüsusi xidmətinin (FSB) əməkdaşı BBC-yə etiraf edib.
Rus kəşfiyyatçı da “vaqnerçilər”in Rostov-na-Dondan sonra Voronejdəki bütün əsas obyektləri ələ keçirməsi barədə məlumatı təsdiqləyib.
Eyni zamanda, muzdluların şəhərə “müqavimətsiz” daxil olması barədə məlumatlar var.
Rusiya hökuməti hələ Voronejdə hərbi obyektlərin ələ keçirilməsi barədə məlumatı nə təsdiq, nə də təkzib edib.