İran “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) tərəfindən Cənubi Kiprdə (Yunan Kipri) İsrail vətəndaşlarına qarşı terror hücumu planının qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Kipr mediası məlumat yayıb.
Qanlı aktın qarşısının Cənubi Kipr, ABŞ və İsrailin kəşfiyyat xidmətlərinin koordinasiyası ilə alındığı bildirilib.
Hücumda təqsirli bilinən şəxslərin adları isə açıqlanmayıb.