Kanada, İsveç, Ukrayna və Böyük Britaniya İranı Ukrayna təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verir.
Teleqraf.com xəbər verir ki, dörd ölkə İranı PS752 reysini vurmaqda və 176 nəfəri ölümünə səbəb olmaqda ittiham edirlər.
Təzminatın müəyyən edilməsi üçün yaradılmış Beynəlxalq Koordinasiya və Cavab Qrupu sənədləri hazırlayaraq məhkəməyə təqdim edəcək.
Kanada xarici işlər naziri Melani Joli bu gün Ukrayna təyyarəsi qurbanların ailələri ilə görüşüb və İranın Beynəlxalq Məhkəməyə verilməsi ilə bağlı onları məlumatlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2020-ci il yanvarın 8-də Ukrayna Hava Yollarına məxsus təyyarəni havaya qalxdıqdan bir neçə dəqiqə sonra vurub və təyyarədə olan 176 nəfərin hamısı həlak olub.