30 İyun 2023 10:50
2 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evdə kasetli sursatların Ukraynaya çatdırılması ilə bağlı müzakirələr yenidən intensivləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.

“Baydenin administrasiyası Kiyevə əks-hücum əməliyyatına kömək etmək üçün kaset sursatları göndərməyi ciddi şəkildə nəzərdən keçirir”, - nəşr yazır.

Məqalədə qeyd olunur ki, Ağ Evdə kaset sursatlarının tədarükü ilə bağlı müzakirələr Ukraynanın əks-hücum əməliyyatı dalana dirəndikdən sonra yenidən güclənib. Buna görə də bəzi ABŞ rəsmiləri hesab edir ki, bu cür döyüş sursatlarının tədarükü Ukraynanın əks-hücumunun gedişatını daha uğurlu edə bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər