30 İyun 2023 17:15
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaporojye ictimai hərəkatının rəhbəri Vladimir Roqov Ukrayna hərbi kəşfiyyatının Zaporojye Atom Elektrik Stansiyasından şəxsi heyətin təxliyəsi ilə bağlı bəyanatını yalan adlandırıb.

Teleqraf.com bu haqda "RİA Novosti"yə istinadən xəbər verir.

Roqov qeyd edib ki, bu cür bəyanatlar çaxnaşma yaratmaq üçün hesablanıb. Onun sözlərinə görə, Zaporojye atom elektrik stansiyası hazırda normal rejimdə işləyir.

“Onun işçiləri Kiyev terror rejiminin təhdid və şantajlarına baxmayaraq, öz rəsmi vəzifələrini ləyaqətlə yerinə yetirirlər”, - o deyib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər