“Vaqner” qrupunun lideri Yevgeni Priqojinin təyyarəsi yenidən Belarusun hava məkanında görüntülənib.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.
Məlumata görə , bu gün saat 08:53-də Priqojinin “Embraer Legacy 600” biznes jeti Maçulışda hərbi aerodromuna enib.
Bundan əvvəl - iyunun 27-də axşam saatlarında “Embraer Legacy 600” Maçulışda cəmi 14 saat 59 dəqiqə qalaraq Sankt-Peterburqa qayıdıb. Həmin gün Priqojin digər RA-02878 təyyarəsi Belarusdan havaya qalxıb. Təyyarə Moskvadan keçərək Sankt-Peterburqa uçub.
“Vaqner” lideri iyunun 24-də Rusiyada qiyama cəhd edib. Həmin gün Rusiya müdafiə naziri Sergey Şoyqunu devirməklə Priqojin sonra “rus qanı” tökməyəcəyini bəyan edərək, Moskvaya gedən qoşun və texnika karvanlarını yarı yolda dayandırıb. Bu, Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyindən sonra baş verib. İddiaya görə, elə həmin gecə Priqojin Belarusa göndərilib, bundan sonra bir neçə dəfə Rusiyaya qayıdıb.
Qiyama cəhddən sonra “Vaqner” liderinin ictimaiyyət qarşısında az görünməsi və harada olması müzakirələrə səbəb olub.