1 İyul 2023 21:12
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bir ayda məhbusların sayı 50 faiz artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

Bildirilir ki, İranda son bir ay ərzində həbslərin sayı əvvəlki ayla müqayisədə 50%-dən çox artıb: “İyunda İranın müxtəlif şəhərlərində azı 168 etirazçı vətəndaş həbs edilib”.

Qeyd edək ki, 2022-ci ildə “Qadın, Həyat, Azadlıq” etirazları başlayandan sonra cəmiyyətin müxtəlif təbəqələrində geniş həbs dalğası başlayıb və davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər