“Hərbi aviasiya qarşıdurmaların gedişatını dəyişən vasitədir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petro Çernik deyib.
Onun sözlərinə görə, Rusiya hazırda “Su-34” təyyarələrindən atılan və təxminən 70 km mənzilli idarəolunan aviabombalardan istifadə edir. Ekspert Ukrayna Silahlı Qüvvələri hələ də buna tutarlı cavab verə bilmədiyini bildirib.
Çernik belə bir məsafədə təyyarələrin vurulmasının yalnız F-16-ya inteqrasiya oluna bilən, uzaqmənzilli hava raketlərinin köməyi ilə mümkün olduğunu qeyd edib.
“Yəni, bu silah həqiqətən də bu müharibənin axarını dəyişə bilər”, - ekspert vurğulayıb.
Çernik əlavə edib ki, uzaqmənzilli hava raketlərinin köməyi ilə Ukrayna qoşunları işğal olunmuş Krımda yerləşən Rusiyanın ehtiyatlarını tükəndirə biləcək:
“Aviasiya çox vacibdir, əminəm ki, olacaq. Yeganə sual nə vaxt və nə qədər olacağıdır”.
Eyni zamanda o, əlavə edib ki, məqsədlərinə çatmaq üçün Ukraynaya ən azı üç F-16 eskadrilyası, yəni 36 təyyarə lazımdır.
Qərb dövlətləri 3 ay əvvəl Ukraynanı son 6 ayda israr etdiyi F-16-larla təmin etmək üçün koalisiya yaradıblar. Koalisiyaya Danimarka və Hollandiya rəhbərlik edir. Amsterdamda pilotların hazırlığına bu yay başlanılacağı açıqlanıb.