ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD lideri Usamə əl-Mahacirin məhv edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Mahacirin öldürülməsi iyulun 7-də təxminən iki saat davam edən döyüşdə mümkün olub.
Bundan əvvəl İŞİD terrorçularının İraqda yaşayış binasına hücum etdiyi və hücum nəticəsində iki nəfərin öldüyü bildirilmişdi .
Tarmiyə şəhərində bir evə hücum edən silahlı qrup bundan sonra naməlum istiqamətə qaçıb. Silahlıların iki tərəfdarı öldürülüb, daha ikisi yaralanıb.