11 İyul 2023 12:45
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvanın paytaxtı Vilnüs şəhərində NATO-nun sammiti başlayıb.

Teleqraf.com xəbər verir ki, NATO dövlətlərinin liderləri Şimali Atlantika Alyansının qarşısında duran ən aktual vəzifələri həll etmək üçün bir araya gəlib.

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, bu sammit müzakirə olunacaq bir çox məsələlərlə bağlı tarixi toplantıdır. Bura İsveçin alyansa üzvlüyü, Ukraynaya dəstək, üzv ölkələrin müdafiə öhdəliyinin artırılması kimi məsələlər daxildir.

“Sammitdə Ukraynaya gələcək dəstək barədə də qərarlar qəbul ediləcək, biz ona əlavə hərbi dəstək göstərməyi öhdəmizə götürürük”, - sammiti giriş sözü ilə açan Y.Stoltenberq deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər