11 İyul 2023 23:57
13 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bryansk, Kursk və Belqorod vilayətlərinin Ukrayna ilə sərhəd rayonlarına 26 minlik canlı qüvvə və 150-yə yaxın tank, zirehli texnika və artilleriya göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Vladislav Seleznyov məlumat verib.

Onun fikrincə, bu, Xarkov və ya Sumı vilayətlərində sıçrayış üçün kifayət etmir. Amma o, etiraf edir ki, Rusiya bu qüvvələri Kupyan istiqamətindəki qoşunlarına cəlb edərsə, belə bir ssenari mümkündür.

“Məsələn, Sumı və ya Xarkovda sıçrayış üçün kifayət deyil. Amma bu qüvvələrin hərəkətlərini Kupyan istiqamətindəki kontingentlə sinxronlaşdırsalar, bizə böyük bəlalar gətirə bilərlər”, - Seleznyov deyib.

Ekspert əlavə edib ki, Rusiyanın bütün lazımi resursları var, amma Ukrayna ordusu bunu nəzərə alır və onu bu üstünlüyündən istifadə etməyə imkan vermir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər