16 İyul 2023 09:05
3 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner”in qiyamının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti dayana bilər. Bundan sonra Rusiya lideri Vladimir Putin qruplaşmanın dövlət büdcəsindən maliyyələşdiyini etiraf etməyə məcbur olub”.

Teleqraf.com xəbər verir ki, bunu rus əsilli amerikalı tarixçi Yuri Felştinski deyib.

Onun sözlərinə görə, prezidentin xüsusi xidmət orqanlarından qiyama təkan verilib.

“Mənim fikrim odur ki, bu, FSB-nin sui-qəsdi idi. Yəni, ölkənin ikinci şəxsi və FSB-nin keçmiş direktoru Nikolay Patruşev, FSB-nin hazırkı rəhbəri Aleksandr Bortnikov və FSB-dəki digər həmkarları. Bu, 1918-ci ildən mövcud olan bir qurumdur.

Bu, Putinin gücünü zəiflətmək məqsədi daşıyırdı. Başqa bir siyasət həyata keçirmək üçün. Nələrsə Putinin əlindən çıxdı, onsuz da öz duruşunu itirmişdi. Ona yemək verən, içki tökən Priqojin üçün darıxırdı. Bəllidir ki, bunu yalnız işə götürülmüş bir FSB agenti edə bilər. Priqojin çox güman ki, 1981-1990-cı illərdə həbsdə olarkən işə götürülüb. Çünki əks halda Putinə yaxınlaşa bilməzdi. Putin Priqojinin şəxsən ona yox, onun arxasında dayanan FSB-yə sadiq olduğunu gözdən qaçırdı”, - tarixçi bildirib.

Felştinski hesab edir ki, Putinin nöqteyi-nəzərindən Priqojinin FSB-yə yox, şəxsən ona sadiq qalacağına inanması sadəlövhlük olardı. Tarixçinin sözlərinə görə, Priqojinin Moskvaya hücum kampaniyası Putinin “Vaqner”i Rusiya Müdafiə Nazirliyinə tabe etmək cəhdi ilə başlamışdı.

“Bu səbəbdən açıq toqquşma baş verdi. Putin “vaqnerçilər”dən iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı tələb etmişdi. Bu, Priqojinin, yəni FSB-nin “vaqnerçilər” üzərində nəzarəti itirməsi demək olardı”, - Felştinski vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər