18 İyul 2023 17:12
1 620
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Ukraynaya dəstəyi dayandırmaq qərarına gəlsə, Vaşinqton Moskva ilə dialoqa başlayacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor "YouTube" kanalında Stiven Qardnerə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Ukraynaya bundan sonra istənilən yardımın dayandırılması barədə Moskvanı məlumatlandırmalıdır. Eyni zamanda, Amerika hakimiyyəti bütün hərbi və kəşfiyyat xidmətlərini münaqişə zonasından çıxarmalıdır.

“Biz bunu etsək, müttəfiqlərimizin o zaman nə edəcəyini düşünürsünüz? Eynisini..."- Makqreqor bildirib.

Keçmiş müşavir əlavə edib ki, Rusiya ilə ABŞ arasında dialoq nəticəsində Ukraynadan qalanlar neytral olacaq.

Polkovnik iddia edir ki, Ukrayna lideri belə nəticədən qorxur: "Çünki o, dövlət torpaqlarını tabeliyində olan müxtəlif şirkətlərə verməklə bağlı çoxlu sayda müqavilələr imzalayıb".

Makqreqor belə qənaətə gəlib ki, Ukrayna prezidenti çıxılmaz vəziyyətdədir, heç nəyə nail olmayıb və Ukrayna Silahlı Qüvvələrinin yüz minlərlə əsgəri məhz beləcə həlak olub.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər