İsraildə mübahisəli məhkəmə islahatlarına cavab olaraq 260-dan çox pilot da daxil olmaqla 830-a yaxın ehtiyatda olan hərbçi İsrail Hərbi Hava Qüvvələrini tərk edib.
Teleqraf.com xəbər verir ki, ölkədə etirazlar davam etdikcə, ehtiyatda olan hərbçilərin sayı günü-gündən artır.
Məlumata görə, hava qüvvələrinin uçuş məktəbində ehtiyatda olanların sayında ciddi azalma var.
Qeyd edək ki, İsraildə Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran mübahisəli məhkəmə islahatının birinci hissəsini təşkil edən qanun layihəsi iyulun 24-də parlamentin 3-cü səsverməsində 64 səslə qəbul edilib.
Bütün müxalifət səsverməni boykot edərək parlamenti tərk edib.