“Biz Yaponiyanı hərbi təhlükəsizlik bəyanatlarında, hərəkətlərində ehtiyatlı olmağa və ikitərəfli münasibətləri yoluna qaytarmaq üçün əməli addımlar atmağa çağırırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefey bəyan edib.
Onun sözlərinə görə, Yaponiyanın “Ağ Kitab”ının yeni variantı Çin haqqında yanlış təsəvvürlərə sadiqdir, Pekinin hərbi təhlükəsini “qəsdən şişirdir”, regionda gərginliyi artırır, həmçinin Çinin daxili işlərinə kobud müdaxilədir.