10 Yanvar 2015 22:24
797
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Koreya nüvə silahlarının sınağından imtina edəcəyini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi xəbər yayıb.
Xəbərdə bildirilir ki, ABŞ və Cənubi Koreya 2015-ci ildə planlaşdırılan birgə genişmiqyaslı hərbi təlimlərdən imtina etsə Şimali Koreya nüvə silahlarının sınağından imtina edə bilər.
"Rəsmi Pxenyan hərbi təlimlər dayandırılarsa, ABŞ-ı narahat edən nüvə silahlarının sınağını dayandıracağıq", - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya bu il Koreya yarımadasında genişmiqyaslı hərbi təlimlər keçirəcək. Şimali Koreya bu təlimləri təxriabt adlandırır.
Şimali Koreya nüvə silahlarının sınağını 2006, 2009 və 2013-cü illərdə keçirib. Bu dünyada böyük səs-küyə və Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə səbəb olmuşdu. /anspress.com/

Müəllif:

Oxşar xəbərlər