4 Avqust 2023 17:52
4 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Taxıl dəhlizi məsələsində Rusiya eyni xəttəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Rusiyadan Qara dəniz dəhlizi ilə gələcək taxılları una çevirib, yoxsul Afrika ölkələrinə və inkişaf etməmiş ölkələrə daşıyacağıq. Bu addımları atmağa və bu dəstəyi və yardımı yoxsul ölkələrə verməyə davam edəcəyik”, - Türkiyə lideri bildirib.

Prezident Ərdoğan Afrika ölkələri və Fransa arasındakı gərginliyə də toxunub:

“Əlbəttə, bu, Fransanın etdiyi ilk iş deyil. Onun keçmişdə Əlcəzair, Ruanda və Balidə həyata keçirdiyi təcrübələr dünyanın bütün qeydlərində var və afrikalılar bunu çox yaxşı bilirlər. Hazırda qızılın, eləcə də uranın Fransaya daşınmasını tamamilə dayandırıblar. Bu, o ölkələrin illərdən bəri davam edən zülmlərinə cavabıdır. Biz də onlarla müsbət münasibətlərimizi qorumağa çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər