Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sülh danışıqlarının növbəti mərhələsi G20 sammiti çərçivəsində baş tuta bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı fransız diplomata istinalda məlumat yayıb.
Danışıqların növbəti mərhələsinin sentyabrda Hindistanda keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, danışıqlarda iştirak edən Cənub ölkələrindən heç biri Rusiyanın Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirakını istəmir. Bununla belə, Braziliya nümayəndə heyətinin rəhbəri Selso Amorim əmindir ki, Rusiya sülh prosesinə bu və ya digər formada daxil edilməlidir.