7 Avqust 2023 01:29
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Sardiniya adasının şimal-şərq və cənub sahillərində baş verən meşə yanğınları səbəbindən bölgədən 600 nəfər təxliyə edilib.

Teleqraf.com xəbər verir ki, ətraf ərazilərdəki fermalar, evlər, düşərgələr və kurort komplekslərindən insanlar təxliyə olunur. Bəzi avtomobil yolları müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb. Yanğının bir neçə dənizkənarı villaya təhlükəli dərəcədə yaxınlaşdığı bildirilib.

Əraziyə, həmçinin yanğınsöndürən təyyarə və helikopterlər cəlb edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər