8 Avqust 2023 16:49
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Tiflis, Suxumi və Sxinvali (əslində Tiflis və separatçılar arasında – red.) arasında gücdən çəkinməklə bağlı sazişin bağlanmasına şərait yaratmaq əvəzinə, Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Diplomatın fikrincə, Amerika administrasiyası həqiqətən də regionda sülhü təmin etməyə meyllidirsə, onda Rusiyaya qarşı ittihamlardan və sanksiyalarla hədələməkdən əl çəkməli, Rusiya ilə Gürcüstan arasındakı əlaqələri pozmağa çalışmamalıdır.

“Cenevrədə keçirilən beynəlxalq müzakirələr çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair praktiki işə diqqət yetirmək vacibdir. İlk növbədə, ABŞ indi etdiyi kimi vəziyyəti gərginləşdirməkdənsə, Tiflis, Suxumi və Sxinvali ilə hüquqi qüvvəyə malik güc tətbiqindən çəkinməyi ehtiva edən sazişin bağlanmasına çalışmalıdır”, - Antonov vurğulayıb.

Onun fikrincə, ABŞ qəsdən vəziyyəti alt-üst edir, 2008-ci il hadisələrinin (Rusiyanın işğalı demək istəyir – red.) məsuliyyətini başqasının üzərinə qoyur, o da faktiki olaraq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin üzərinə düşür.

ABŞ Dövlət Departamenti 5 günlük Gürcüstan-Rusiya müharibəsinin 15-ci ildönümü ilə bağlı bəyanat yayaraq, Rusiyanı Gürcüstanın ərazi bütövlüyünü pozmaqda və əhalisinə misilsiz iztirablar verməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər