9 Avqust 2023 10:15
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Peyklər vasitəsilə internetə qoşulmaq üçün terminallar hazırlayan İsveçin "Satcube" şirkəti Ukraynaya mobil və yerüstü şəbəkələrin sıradan çıxdığı ərazilərdə internet bağlantılarının təmin edilməsi üçün istifadə edilə bilən avadanlıqlar tədarük edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Dagens nyheter” qəzeti məlumat yayıb.

“Satcube” şirkətinin rəhbəri Yakob Kalmerinin sözlərinə görə, Ukraynaya ilk çatdırılmalar yayın əvvəlində həyata keçirilib.

“Satcube” terminalları saniyədə 70 meqabitə qədər sürət təmin edə bilir.

Qeyd edək ki, Ukrayna hərbi əməliyyatların başlanmasından bəri Starlink şəbəkəsinə qoşulan İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış 40 000-dən çox terminal alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər