9 Avqust 2023 16:21
6 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Braziliya Rusiyaya təsir göstərə və Kremlə Qara Dəniz Taxıl Sazişinə qayıtmağa kömək edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Braziliyanın, Prezident Lulanın səsi həlledicidir. Bu səsdən rusları razılaşmaya qayıtmağa inandırmaq çox müsbət olardı”, - dövlət katibi bildirib.

Blinken qeyd edib ki, Rusiya Ukraynaya hücum etməsəydi, heç vaxt bu razılaşmaya ehtiyac qalmazdı:

“Rusiya ərzaqdan müharibə silahı, məqsədlərinə çatmaq üçün rıçaq kimi istifadə edir”.

Dövlət katibi əlavə edib ki, Rusiya bu razılaşmadan çıxmaq üçün addımlar atdığından bütün bazarlarda qiymətlər 10-15 faiz artıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər