“ABŞ Ukraynanı Rusiya ilə sülh danışıqlarından imtina etməyə məcbur etməyib”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller rusiyalı həmkarı Mariya Zaxarovanın ittihamına cavab verərkən deyib.
“Biz nə vaxt Ukraynanı danışıqlardan əl çəkməyə məcbur etmişik? Bilmirəm, amma belə deyil”, - ABŞ rəsmisi bildirib.