10 Avqust 2023 21:17
3 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mali Fransa vətəndaşlarına viza verilməsini ikinci xəbərdarlığa qədər dayandırıb.

Teleqraf.com xəbər verir ki, Mali Xarici İşlər Nazirliyinin açıqlamasında rəsmi Parisin “ciddi regional gərginlik” səbəbiylə ölkəni “qırmızı zona” kimi təsnif etməsinin təəccüb yaratdığı bildirilib.

Açıqlamada Malinin Fransa vətəndaşlarına ikinci əmrə qədər viza verməyəcəyi açıqlanıb.

Fransa Xarici İşlər Nazirliyi Mali və Burkina Fasonun Nigerdəki çevrilişə dəstək verməsindən sonra avqustun 7-də bu üç ölkəyə səyahət xəbərdarlığı etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər