11 Avqust 2023 14:58
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-dan avqustun 6-na qədər dünyada 1,5 milyona yaxın insan koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Məlumata görə, həmin dövr ərzində 2560 nəfər dünyasını dəyişib.

Bildirilir ki, daha əvvəlki 28 günlə müqayisədə COVID-19-a yoluxma halları 80% artsa da, ölüm halları 57% azalıb.

Bununla yanaşı, ÜST-nin məlumatında hazırda dünyada “Omicron” ştamının “EG.5” variantının yayılması da qeyd olunub: “Avqustun 9-na olan məlumata görə, sözügedən variant 48 ölkədə aşkar olunub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər