“Ukrayna müharibədə qalib gəlmək üçün Krımı Rusiya ordusu üçün keçilməz hala gətirməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Avropa qüvvələrinin keçmiş komandanı, general-leytenant Ben Hodces deyib.
“Krımı təcrid edin, onu rus qoşunları üçün keçilməz hala gətirin, beləcə qalib gələcəksiniz. Krım açardır. Krım bitəndən sonra Kreml Donbasla maraqlanmayacaq”, - general bildirib.